Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 15 nəfər ölüb

Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 15 nəfər ölüb
  • Clock-gray 05:18
  • calendar-gray 20 Sentyabr 2020

Nigeriyanın cənub-şərqindəki Ebonyi ştatında avtobusun qəzaya uğrayaraq çaya düşməsi nəticəsində 14 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, xilasedicilər avtobusu çaydan qaldırdıqdan sonra oradan 14 cəsəd çıxarıblar. Hadisədən sonra daha 5 sərnişin xəstəxanaya aparılsa da, onlardan biri orada keçinib. Daha 13 nəfər hələ də itkin düşmüş hesab olunur.

Məlumata görə, avtobusda 30-dan çox sərnişin olub. Bəzi yerli qəzetlər hadisə nəticəsində 30-dan çox insanın ölə biləcəyini yazıb.

apa-logo-mini

Digər xəbərlər