Qvineyada prezident seçkiləri oktyabrın 18-də keçiriləcək

Qvineyada prezident seçkiləri oktyabrın 18-də keçiriləcək
  • Clock-gray 08:24
  • calendar-gray 12 Avqust 2020

Qvineya Prezidenti Alfa Konde ölkədə Prezident seçkilərinin oktyabrın 18-də keçiriləcəyini bildirib. 

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” dövlət televiziyasına istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Qvineyanın hakim "Birləşmiş Qvineya xalqı” partiyası son qurultayında hazırkı prezidentin namizədliyini irəli sürüb. A. Konde isə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətində olub-olmadığını açıqlamayıb.

 

 

Rəşad Sarıyev

Digər xəbərlər