ABŞ Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər

ABŞ  Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər
  • Clock-gray 18:52
  • calendar-gray 24 May 2020

ABŞ  Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər.

APA-nın xəbərinə görə, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bunu NBC telekanalına müsahibəsində bəyan edib.

R. O'Brayen deyib ki, Pekin milli təhlükəsizlik haqqında qanunu qəbul edərək Honkonqu zəbt etsə, ABŞ Çinə qarşı sanksiya tətbiq edə bilər: “Çin Kommunist Partiyası 1984-cü ildə Böyük Britaniya ilə Birgə Bəyannamə imzalayarkən vəd edib ki, 2047-ci ilə qədər özünəməxsus həyat tərzi ilə Honkonqun muxtariyyətini saxlayacaq. Ancaq həmin müddətə 27 il qalmış bu qanunla onlar faktiki Honkonqu zəbt edir. Çin Honkonqu zəbt etsə, bu halda Honkonqun Asiyanın maliyyə mərkəzi kimi qalacağını təsəvvür etmək çox çətindir. Əgər Pekin bu qanunu qəbul etsə, ABŞ Çinə və Honkonqa sanksiya tətbiq edəcək”.

apa-logo-mini

Digər xəbərlər