ABŞ İranın Daxili İşlər nazirinə sanksiya tətbiq edib

ABŞ İranın Daxili İşlər nazirinə sanksiya tətbiq edib
  • Clock-gray 18:24
  • calendar-gray 20 May 2020

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların siyahısını genişləndirib.

APA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, 9 nəfər İran vətəndaşına və Hüquq-Mühafizə Orqanlarının Əməkdaşlıq Fonduna, habelə Tehranda yerləşən iki cəzaçəkmə müəssisəsinə sanksiya tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyi iranlılara qarşı ciddi insan haqları pozuntularında oynadığı rola görə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzliyə, İranın hüquq-mühafizə orqanlarının 7 yüksək vəzifəli məmuruna və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin əyalət komandirinə qarşı sanksiya tətbiq edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date