ABŞ Konqresi prezidentin ayırdığı 2 trilyon dolların nəyə xərclənməsinə nəzarət edəcək

ABŞ Konqresi prezidentin ayırdığı 2 trilyon dolların nəyə xərclənməsinə nəzarət edəcək
  • Clock-gray 06:46
  • calendar-gray 28 Mart 2020

ABŞ Konqresinin aşağı palatası, Prezident Donald Tramp tərəfindən iqtisadiyyata dəstək məqsədi ilə imzalanan qanuna əsasən, koronavirusun fəsadlarının aradan qaldırılması üçün ayrılan 2 trilyon dollar vəsaitin nəyə sərf olunacağını yaxından izləmək üçün işçi qrupu yaradacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Nensi Pelosi məlumat verib.

“Konqres ayrılan vəsaitin nəyə xərcləndiyini bilmək üçün öz nəzarət səlahiyyətlərindən istifadə edəcək və Nümayəndələr palatası bu məqsədlə işçi qrup yaradacaq”, - deyə “Reuters” Pelosidən sitat gətirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date