ABŞ TikTok-u noyabrın 12-dən etibarən qadağan edə bilər

ABŞ TikTok-u noyabrın 12-dən etibarən qadağan edə bilər
  • Clock-gray 03:36
  • calendar-gray 19 Sentyabr 2020

 

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik təhdidini düzəltmədiyi təqdirdə TikTok tətbiqinin yüklənməsini sentyabrın 20-dən, istifadəsini isə noyabrın 12-dən qadağan edəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın 6 Avqust 2020-ci ildə tarixdə imzaladığı sərəncamına əsasən Ticarət Nazirliyi ölənin milli təhlükəsizliyini qorumaq məqsədilə WeChat və TikTok mobil tətbiqlərinin qadağan olunduğunu elan edib.

 

Rəşad Sarıyev

Digər xəbərlər