ABŞ-da "İsaias" qasırğası qurbanlarının sayı 4-ə çatıb

ABŞ-da "İsaias" qasırğası qurbanlarının sayı 4-ə çatıb
  • Clock-gray 05:28
  • calendar-gray 05 Avqust 2020

ABŞ-ın şərq sahillərində “İsaias” tropik qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Merilend və Nyu-Yorkda iki nəfər ölüb. Buna qədər Şimali Karolina ştatında baş verən tornado zamanı iki nəfərin ölməsi barədə məlumat verilmişdi. Rəsmi qurumlar Şimali Karolinadan Nyu-Cersiyə qədər şərq sahilləri boyunca 21 tornado qeydə alıblar.

“İsaias” ABŞ-ın doqquz ştatında 3 milyondan çox sakini elektrik enerjisindən məhrum edib.

Qeyd edək ki, “İsaias” qasırğası Şimali Karolinada bazar ertəsi günü meydana gəlib. Hazırda o, tropik qasırğa həddinədək zəifləyib.

apa-logo-mini

Digər xəbərlər