ABŞ-da son sutkada COVID-19-a 52 291 yoluxma qeydə alınıb, 635 nəfər ölüb

ABŞ-da son sutkada COVID-19-a 52 291 yoluxma qeydə alınıb, 635 nəfər ölüb
  • Clock-gray 14:29
  • calendar-gray 03 İyul 2020

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 291 yoluxma halı qeydə alınıb, 635 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək COVID-19-a yoluxanların ümumi sayı 2 739 879 nəfərdir.

Universitetin məlumatına görə, xəstəlikdən ölənlərin sayı 128 mindən çoxdur. Virusa yoluxan 781 mindən çox insan sağalıb.

apa-logo-mini

Digər xəbərlər