ABŞ-da üç gün ərzində 1700-ə yaxın etirazçı saxlanılıb

ABŞ-da üç gün ərzində 1700-ə yaxın etirazçı saxlanılıb
  • Clock-gray 07:16
  • calendar-gray 01 İyun 2020

 

Mayın 25-də ABŞ-ın Minnesota ştatında (Minneapolis) afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən iğtişaşlarda bir həftə ərzində 1666 nəfər saxlanılıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, etiraz aksiyaları son üç gündə ABŞ-ın 22 şəhərində keçirilib. Bu iğtişaşlar ən azı 15 ştatı əhatə edir. 

Qeyd edək ki, hazırda aksiyaların yatırılması üçün Milli Qvardiya hərəkətə keçib.

 

Rəşad Sarıyev

Digər xəbərlər