ABŞ hökuməti bütün tələblərə əməl edilməyəcəyi təqdirdə Çinlə razılaşmadan imtina etmək niyyətindədir

ABŞ hökuməti bütün tələblərə əməl edilməyəcəyi təqdirdə Çinlə razılaşmadan imtina etmək niyyətindədir
  • Clock-gray 07:24
  • calendar-gray 07 Dekabr 2019

Vaşinqton və Pekin ticarət razılaşmasına yaxındır, lakin ABŞ prezidenti Donald Tramp Amerika tərəfinin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bundan imtina edəcək.

APA xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou “CNBC”-yə açıqlamasında bildirib.

“Prezident dəfələrlə demişdir ki, əgər razılaşma yaxşı deyilsə, Amerika texnologiyasının gələcək oğurluqlarının qarşısını almaq üçün zəmanət yoxdursa və məcburi tədbirlər tələblərimizə cavab verməyəcəksə, biz sazişdən imtina edəcəyik”, - Kadlou belə deyib.

O, eyni zamanda, hazırda tərəflərin uğurla danışıqlar apardıqlarını və əhəmiyyətli irəliləyişlər əldə etdiklərini vurğulayıb: “Saziş yaxınlaşdı. İndi o, noyabrın ortalarında gözlənilən nəticədən daha yaxındır”.

Kadlou, Trampın Çindən gətirilən bir sıra mallara rüsumu artırmaq niyyətində olduğu bir vaxtda, razılaşmanın dekabrın 15-dək bağlanmasının mütləq olmadığını deyib: “Heç bir şərtimiz yoxdur, amma fakt budur ki, 15 dekabr tariflərin qaldırılacağına dair vacib bir tarix olaraq qalır”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date