ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqinə “Bradley” döyüş maşınlarını yerləşdirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqinə “Bradley” döyüş maşınlarını yerləşdirib
  • Clock-gray 08:22
  • calendar-gray 19 Sentyabr 2020

ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Terrorla Mübarizə Koalisiyası Suriyanın şimal-şərqinə “Bradley” piyada döyüş maşınlarını yerləşdirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Ueyn Marotto açıqlamada bildirib.

U.Marotto qeyd edib ki, mexanikləşdirilmiş “Bradley” döyüş maşınları Suriyanın şimal-şərqində getdikcə çətinləşən vəziyyətdə koalisiya qüvvələrini qorumağa kömək edəcək:  “Koalisiya qüvvələri İŞİD üzərində son qələbəni təmin etmək öhdəliklərinə sadiqdir”. 

Koalisiya rəsmisi əlavə edib ki, Pentaqon son dəfə “Bradley” döyüş maşınlarını Suriyaya 2019-cu ilin oktyabrında göndərdib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Bill Urban da “Bradley” döyüş maşınlarının koalisiya qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edildiyini deyib. 

 

Rəşad Sarıyev

Digər xəbərlər