ABŞ istismar müddəti keçmiş iki "F-16" qırıcısını Bolqarıstana verməyi düşünür

ABŞ istismar müddəti keçmiş iki "F-16" qırıcısını Bolqarıstana verməyi düşünür
  • Clock-gray 04:47
  • calendar-gray 22 Oktyabr 2020

ABŞ administrasiyası istismar müddətini başa vurmuş iki ədəd “F-16 qırıcısını pulsuz olaraq Bolqarıstan silahlı qüvvələrinə verməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “24 Saat” qəzeti Sofiyadakı ABŞ səfirliyinə istinadən məlumat yayıb.

ABŞ diplomatik nümayəndəliyi isə öz növbəsində Bolqarıstan Hərbi Hava Qüvvələrinin iki bazasını ziyarət edən dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Klark Kuperə istinad edib.

Səfirlik istismardan çıxarılan hərbi təyyarələrin Bolqarıstana verilməsi bu təşəbbüsün ABŞ Konqresində təsdiqlənməsindən sonra baş verəcəyini bildirib. ABŞ hərbçiləri hesab edir ki, onların bolqarıstanlı həmkarları bu təyyarələrdən təlim məqsədilə və texniki imkanları ilə tanış olmaq üçün istifadə edəcəklər.

apa-logo-mini

Digər xəbərlər