Ağ Ev: Tramp Çinin Honkonqla münasibətindən narazıdır

Ağ Ev: Tramp Çinin Honkonqla münasibətindən narazıdır
  • Clock-gray 04:54
  • calendar-gray 27 May 2020

ABŞ Prezidenti Donald Tramp Çinin Honkonqa qarşı münasibətindən razı deyil.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ağ Evin mətbuat katibi Keyli Makinani deyib.

“O, Çinin cəhdlərindən narazı olduğunu deyib və bildirib ki, Çinin üstünlük təşkil edəcəyi təqdirdə Honkonqun bundan sonra da necə maliyyə mərkəzi olacağını təsəvvür etmək çətindir”, - deyə Makinani qeyd edib.

Makinani təfərrüatlarla bağlı sualları cavablandırmaqdan imtina edib və bildirib ki, prezidentin KİV-in nəzərinə çatdırmaq istədiyi yalnız bunlardır.

apa-logo-mini

Digər xəbərlər