Braziliyada bir gündə 51,6 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Braziliyada bir gündə 51,6 mindən çox insanda COVID-19 virusu aşkarlanıb
  • Clock-gray 06:11
  • calendar-gray 05 Avqust 2020

Braziliyada son sutka ərzində daha 51 603 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 801 921 nəfər yoluxub. Bu müddət ərzində 95 819 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1154 nəfər olub.

Həmçinin bu günədək 2 142 467 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər