Braziliyada bir sutkada 20,2 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada bir sutkada 20,2 mindən çox insanda koronavirus aşkar olunub
  • Clock-gray 03:45
  • calendar-gray 14 İyul 2020

Braziliyada son sutka ərzində daha 20 286 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 884 967 nəfər yoluxub. Bu müddət ərzində 72 833 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 733 nəfər olub.

Həmçinin bu günədək 1,1 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

apa-logo-mini

Digər xəbərlər