Braziliyada bir sutkada 53 mindən çox insanda koronavirus aşkarlanıb

Braziliyada bir sutkada 53 mindən çox insanda koronavirus aşkarlanıb
  • Clock-gray 08:26
  • calendar-gray 07 Avqust 2020

Braziliyada son sutka ərzində daha 53 139 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 912 212 nəfər yoluxub. Bu müddət ərzində 98 493 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1237 nəfər olub.

Həmçinin bu günədək 2 230 542 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər