Etiraz aksiyaları ilə bağlı Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib

Etiraz aksiyaları ilə bağlı Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib
  • Clock-gray 10:41
  • calendar-gray 03 İyun 2020

Afroamerikalı Corc Floydun ölümünə görə başlayan etiraz aksiyaları ilə əlaqədar Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, 1600-ə qədər əsgər Vaşinqton yaxınlığındakı hərbi bazalara yerləşdirilib. 

“Əsgərlər paytaxt bölgənin hərbi bazalarında yerləşdirilir. Yüksək hazırlıq vəziyyətində olan hərbçilər mülki orqanlara kömək etmirlər”, -deyə Pentaqon sözçüsü qeyd edib. 

Zümrüd Paşkin

Digər xəbərlər