Kanadada avtomobil 9 piyadanı vuraraq hadisə yerindən yayınıb

Kanadada avtomobil 9 piyadanı vuraraq hadisə yerindən yayınıb
  • Clock-gray 07:14
  • calendar-gray 17 Sentyabr 2020

Kanadanın Montreal şəhərində avtomobil 2-si uşaq olmaqla, 9 nəfəri vurub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə CTV kanalına hüquq-mühafizə orqanlarından bildirilib.

Şəhər polisinin məlumatına görə, 38 yaşlı sürücü əvvəlcə yerli vaxtla saat 12.45-də yolu keçmək istəyən piyadanı vurub. Hadisə yerindən yayınan sürücü daha sonra 2-si uşaq olmaqla, 6 nəfəri vurub. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Sürücü saxlanılıb. Lakin yerli polis onun maşını sürətlə sürmədiyini desə də, avtomobilin səkiyə çıxdığı bildirilir. Polis, həmçinin, deyib ki, saxlanılan şəxsin alkoqol və ya narkotik maddə qəbul etməsinə dair heç bir dəlil yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

 

Rəşad Sarıyev

Digər xəbərlər