Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb
  • Clock-gray 21:46
  • calendar-gray 25 Mart 2020

Koronavirus səthlərdə 17 gün qala bilər.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu, A Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.

Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.

Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu “Diamond Princess” kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date