Meksikada cinayətkar qruplar arasındakı atışmada 19 nəfər ölüb

Meksikada cinayətkar qruplar arasındakı atışmada 19 nəfər ölüb
  • Clock-gray 03:04
  • calendar-gray 05 Aprel 2020

Meksikanın ABŞ-la sərhədindəki Çiuaua ştatında cinayətkar qruplaşmalar arasında baş vermis silahlı toqquşmada 19 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli KİV ştat prokurorluğuna istinadən məlumat yayıb.

Silahlı insident haqqında məlumat alan təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerinə gedən zaman orada 18 nəfərin cəsədini aşkar ediblər”, - deyə “Milenio” nəşrinin materialında qeyd olunub.

Bildirilir ki, insident iştirakçılarından ikisi yaralı halda Kuautemok şəhər xəstəxanasına çatdırılsa da, onlardan biri keçinib.

Hadisə yerindən 18 ədəd odlu silah, iki qranat və iki avtomobil götürülüb, hazırda ekspertlər və ştat prokurorluğunun istintaqçıları faktı araşdırır.

apa-logo-mini

Digər xəbərlər