Meksikada son sutka ərzində 2764 nəfərdə COVID-19 aşkar edilib

Meksikada son sutka ərzində 2764 nəfərdə COVID-19 aşkar edilib
  • Clock-gray 08:09
  • calendar-gray 25 May 2020

Meksikada koronavirus infeksiyası qurbanlarının sayı gün ərzində 215 nəfər artaraq 7394 çatıb, koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı isə 2764 68 620 təşkil edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəlki günədək ümumilikdə 7179 nəfərin virusa yoluxma nəticəsində öldüyü və 65 856 nəfərdə isə yoluxma halının qeydə alındığı deyilir.

Son bir gündə aktiv koronaviruslu xəstələrin sayı 6 nəfər azalaraq 14 247 nəfərədək azalıb. Rəsmilər COVID-19-a yoluxma şübhəsi ilə bağlı 28 931 nəfərin analizini və 595 ölüm faktını araşdırır.

apa-logo-mini

Digər xəbərlər