Nyu-Yorkda aksiyalarda iştirak edən 200-dən çox etirazçı saxlanılıb

Nyu-Yorkda aksiyalarda iştirak edən 200-dən çox etirazçı saxlanılıb
  • Clock-gray 01:57
  • calendar-gray 31 May 2020

Nyu-Yorkda afroamerikalı Corc Floydun öldürülməsinə etiraz olaraq keçirilən aksiyalarda 200-dən çox etirazçı saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında şəhər polisinin rəhbəri Dermot Şi bildirib.

“Son iki gündə və xüsusən də dünən axşam saatlarında Bruklində təxminən 3 min insan etiraz aksiyalarında iştirak edib. 200-dən aksiya iştirakçısı tərəfimizdən saxlanılıb”, - Şi belə deyib.

Onun sözlərinə görə, çox sayda polis əməkdaşı aksiyalarda xəsarət alıb: “Biz aksiya iştirakçılarından “Molotov kokteyli” toplamışıq, dörd polis əməkdaşını öldürməyə cəhd edən bir nəfər saxlanılıb”.

Öz növbəsində şəhər meri Bill de Blazio mətbuat konfransında bildirib ki, Nyu-York rəhbərliyi dinc aksiyalara müdaxilə etməyəcək, ancaq zorakı addımlara da göz yummayacaq. O, həmçinin zorakı əməllərdə iştirak etməyən dinc aksiya iştirakçılarına polis tərəfindən gözyaşardıcı qazın atılmasını da qınayıb.

apa-logo-mini

Digər xəbərlər