Nyu-Yorkda son 24 saatda koronavirusdan ölənlərin sayı 594 nəfər olub

Nyu-Yorkda son 24 saatda koronavirusdan ölənlərin sayı 594 nəfər olub
  • Clock-gray 21:02
  • calendar-gray 05 Aprel 2020

 

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusa yoluxanların sayı 8327, ölənlərin sayı isə 594 nəfər olub. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib. 

Qubernator qeyd edib ki, ştat üzrə ölənlərin ümumi sayı 122031 nəfərə  çatıb: “Son 24 saat ərzində ölənlərin sayı 3565 nəfərdən 4159 nəfərə yüksəlib”.

Qeyd edək ki, son 3 gündə koronavirusdan ölənlərin artım tempində azalma müşahidə olunub. Aprelin 2-4 aralığında müvafiq olaraq 562, 630, 594 ölüm hadisəsi baş verib. İlk dəfədir ki, ölüm hallarında azalma qeydə alınıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date