Pompeo İraqın Baş Naziri ilə ABŞ səfirliyinə qarşı törədilmiş hücumları müzakirə edib

Pompeo İraqın Baş Naziri ilə ABŞ səfirliyinə qarşı törədilmiş hücumları müzakirə edib
  • Clock-gray 03:41
  • calendar-gray 28 Yanvar 2020

ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraqın Baş Nazirinin səlahiyyətlərini icra edən Adel Abd əl-Mehdi arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən məlumat yayılıb.

İki dövlət nümayəndəsi ABŞ-ın Bağdaddakı səfirliyinin son vaxtlar atəşə tutulmasını müzakirə edib.

“Dövlət katibi Pompeo İranın silahlı qruplaşmalarının ABŞ-ın İraqdakı obyektlərinə davam edən hücumlarından, o cümlədən dünən səfirliyimizə bir nəfərin xəsarət alması ilə nəticələnən hücumlardan təəssüfləndiyini dilə gətirib. Dövlət katibi bildirib ki, bu hücumlar İraqın suverenliyinə qarşı bir hörmətsizlikdir”, - məlumatda belə deyilir.

Eyni zamanda qeyd olunur ki, Pompeo “Baş Nazir Abd əl-Mehdinin amerikalı heyətin və diplomatik obyektlərin qorunması üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə öhdəliyini yüksək qiymətləndirir”.

apa-logo-mini

Digər xəbərlər