Tramp Beyrutdakı partlayışı "dəhşətli hücum" adlandırıb

Tramp Beyrutdakı partlayışı "dəhşətli hücum" adlandırıb
  • Clock-gray 02:54
  • calendar-gray 05 Avqust 2020

ABŞ prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə və 3,7 mindən çox insanın yaralanmasına, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, amerikalı lider bunu Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Livan xalqı ilə çox yaxşı əlaqələrimiz var və biz kömək etmək üçün orada olacağıq. Bu, dəhşətli bir hücuma bənzəyir”, - Tramp belə deyib.

“Yaralananlara və onların ailələrinə dualarımızı əsirgəməyəcəyik”, - deyə ABŞ prezidenti əlavə edib.

Prezident Tramp bildirib ki, bəzi amerikalı generallarla görüşüb və onlar Beyrutdakı partlayışın hücum olması qənaətindədirlər.

Mətbuat konfransında D.Tramp baş verənləri “hücum” adlandırdığı zaman jurnalistlər ona partlayışı doğrudanmı hücum hesab etdiyinə dair sual ünvanlayıblar.

“Bəli, partlayışın xarakterinə əsaslansaq, ona (hücuma) bənzəyir. Mən bizim bəzi mükəmməl generallarımızla görüşmüşəm, onlar, deyəsən, belə düşünür. Bu, hər hansı istehsalat mənşəli partlayış deyildi. Görünür ki, onlar bunu hansısa bomba hücumu hesab edir”, - deyə Tramp sualın cavabında bildirib.

apa-logo-mini

Digər xəbərlər