Tramp Kim Çen Ina koronavirusla mübarizədə əməkdaşlıq təklif edib

Tramp Kim Çen Ina koronavirusla mübarizədə əməkdaşlıq təklif edib
  • Clock-gray 08:19
  • calendar-gray 22 Mart 2020

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina məktub göndərib və ona “epidemiya” ilə mübarizədə əməkdaşlıq etmək istədiyini bildirib.

APA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Kim Çen Ina göndərilən fərdi məktub aldıq. Məktubda o, iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək planını da izah edib və epidemiya əleyhinə işlərdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi”, - məktubda belə deyilir.

Qeyd olunur ki, Tramp da “sədrin ad günü təbriklərini aldığını eşitdikdən sonra” Kim Çen Ina və KXDR xalqına rifah diləyib və “sədrlə münasibətləri yüksək qiymətləndirdiyini” deyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date