Tramp koronavirusa görə 1 milyard dollar itirib

Tramp koronavirusa görə 1 milyard dollar itirib
  • Clock-gray 18:42
  • calendar-gray 02 Aprel 2020

Koronavirus pandemiyasının iqtisadi zərəri ABŞ Prezidenti Donald Trampın biznesinə də təsir edib.

APA-nın xəbərinə görə bu barədə "Forbes" jurnalı məqalə dərc edib.

Məqalədə bildirilib ki, D. Trampa məxsus olan aktivlərin ümumi dəyəri mart ayı ərzində təxminən 1 milyard dollar azalaraq 3,1 milyard dollardan 2,1 milyard dollara düşüb.

Bunun səbəbi D. Trampa məxsus əmlakının dəyərinin azalması ilə bağlıdır.

Nəşr qeyd edir ki, şirkətlərin səhm qiymətləri indi sürətlə dəyişir və bu ABŞ liderinin vəziyyətinə də təsir edəcək.

Nəşrin bildirdiyinə görə, D. Trampın ən dəyərli əmlaklarından biri Nyu-Yorkun mərkəzində ofislər üçün icarəyə verilə daşınmaz əmlaklardır.

COVID-19-un yayılması ilə əlaqədar hazırda ABŞ-ın ən böyük meqapolisinin sakinlərinə evdən çıxmamaq əmr olunub. Bu səbəbdən şəhərdə işgüzar aktivlik xeyli azalıb. "Forbes"in hesablamalarına görə, nəticədə ABŞ Prezidentinə məxsus əmlakın dəyəri təqribən 1,9 milyard dollardan 1,2 milyard dollara düşüb.

Məqalədə qeyd olunur ki, ABŞ administrasiyasının rəhbəri ölkə daxilində təxminən 500-ə qədər yaşayış obyektinə sahibdir. Nəşrin məlumatına görə, bu obyektlərin ümumi dəyəri martın 1-dən 18-dək təxminən 235 milyon dollardan 148 milyon dollara qədər azalıb. Bundan əlavə, ABŞ liderinə məxsus otellər, kurortlar və qolf sahələri də ucuzlaşıb.

Zümrüd Paşkin

Digər xəbərlər