ABŞ-ın vitse-prezidenti: “Mesaj aydındır, İran xalqının yanındayıq”

ABŞ-ın vitse-prezidenti: “Mesaj aydındır, İran xalqının yanındayıq”
  • Clock-gray 14:34
  • calendar-gray 21 Noyabr 2019

ABŞ-ın vitse-prezidenti Mayk Pens İrandakı etirazlara dəstək verib. 

APA-nın xəbərinə görə, bu barədə Mayk Pens özünün “Twitter” səhifəsində bildirib.

“İranda xalq etiraz əlaməti olaraq küçələrə çıxdıqca, Tehrandakı ayətullahlar öz xalqını əzmək üçün zorakılığa və həbslərə davam edir. Amerika Birləşmiş Ştatlarının mesajı aydındır, Amerika xalqı İran xalqının yanındadır”, - deyə vitse-prezident qeyd edib.

Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, benzinin qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date