"Google" siyasi reklam yerləşdirmə qaydalarını sərtləşdirəcək

"Google" siyasi reklam yerləşdirmə qaydalarını sərtləşdirəcək
  • Clock-gray 05:35
  • calendar-gray 21 Noyabr 2019

“Google” şirkəti siyasi reklam siyasətini sərtləşdirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə şirkətin veb-saytında yayımlanan açıqlamada bildirilir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, reklam xarakterli materialları internet istifadəçilərinin müəyyən qruplarına yönəltmək imkanları məhdudlaşdırıla bilər.

“Google” qeyd edir ki, siyasi reklamı aşağıdakı meyarlara uyğunlaşdırmaq mümkün olacaq: istifadəçilərin yaşı, cinsi, həmçinin yerləşdiyi yer. Bu materialların istənilən kontekstdə tamaşaçıya göstərilməsini əhatə edən məqbul bir təcrübə olacaq. Məsələn, internetdə iqtisadi mövzuda məqalələr oxuyan şəxslər.

Şirkət bildirir ki, seçki namizədləri və səsvermə prosesi haqqında bilərəkdən yalan və ya yanlış məlumat yayılmasının qarşısını almaq üçün tədbirlər görür. “Google” nümayəndələri söz verirlər ki, şirkətə məxsus platformalardan istifadə edərək siyasi reklamların kim tərəfindən yerləşdirildiyi barədə daha çox məlumat toplamağa başlayacaqlar. Bununla da təşviqat materiallarının hansı auditoriyaya yönəldiyini daha ətraflı şəkildə müəyyən etmək planlaşdırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date