Mayk Pens Venesuela hərbçilərini prezident Maduroya dəstək verməməyə çağırıb

Mayk Pens Venesuela hərbçilərini prezident Maduroya dəstək verməməyə çağırıb
  • Clock-gray 04:49
  • calendar-gray 17 Noyabr 2019

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela silahlı qüvvələrini prezident Nikolas Maduroya dəstək verməməyə çağırıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, amerikalı siyasətçi bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Maduro azadlığa və qanunun aliliyinə hörmət etmir və getməlidir. Biz Venesuela hərbçilərini, despotun tərəfində deyil, venesuelalıların tərəfində olmağa çağırırıq. Venesuela ordusu xeyirxahlığın gücü olmalıdır! Vəziyyəti yaxşıya doğru dəyişmək sizin əlinizdədir”, - vitse-prezident belə deyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date