Azərbaycan Rusiya şəkərini idxal edən ölkələr arasında ikinci olub

Azərbaycan Rusiya şəkərini idxal edən ölkələr arasında ikinci olub
  • Clock-gray 11:11
  • calendar-gray 12 İyun 2020

 

Azərbaycan Rusiya şəkərini idxal edən ölkələr arasında ikinci yeri tutub.

"APA-Economics"in məlumatına görə, bu barədə "Rusiya ixracatçıları" portalının yaydığı məlumatda deyilir. Qeyd olunur ki, bu ilin yanvar-may aylarının nəticələrinə əsasən, Azərbaycana Rusiyadan 99 min ton şəkər idxal olunub.

Hesabat dövründə Rusiya şəkərinin ən böyük idxalçısı isə Özbəkistan olub. Belə ki, bu ilin ilk beş ayında bu ölkəyə 165 min ton səkər ixrac olunub. Qazaxıstan 96 min ton göstərici ilə üçüncü yeri tutur. Rusiya şəkərinin ilk 5 idxalçısı sırasına Tacikistan (63 min ton) və Türkmənistan da (39 min ton) daxildir. Ümumiyyətlə, hesabat dövründə Rusiya şəkəri 40-dan çox ölkəyə ixrac edilib.

İlk dəfə Cənubi Afrika, Madaqaskar və Qana Rusiyadan şəkər alan ölkələr sırasına daxil olub. Eyni zamanda, 2016-cı ildən bəri ixrac həyata keçirilməyən Əfqanıstan və Norveçə ixrac bərpa olunub.

 

Hüseyn Vəliyev

Digər xəbərlər