Azərbaycan Rusiyanın un və dənli bitkilər məhsulları ixracında üçüncü yerdə qərarlaşıb

Azərbaycan Rusiyanın un və dənli bitkilər məhsulları ixracında üçüncü yerdə qərarlaşıb
  • Clock-gray 13:01
  • calendar-gray 15 İyun 2020

Azərbaycan Rusiyanın Tula bölgəsindən un və dənli bitkilər məhsulları (malt, nişasta, inulin, buğda gluteni) ixracına görə üçüncü yerdə qərarlaşıb.

APA-Economics” Rusiyanın Federal Gömrük Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu məhsul kateqoriyasının ixrac həcmi 16,18 mln. ABŞ dollar təşkil edib.

Məhsullar 17 ölkəyə ixrac edilib ki, onların sırasında əsas idxalçılar Norveç (ixrac həcmi - 9,77 mln. dollar), ABŞ (2,04 mln. dollar), Azərbaycan (1,23 mln. dollar), Türkiyə (0,9 mln. dollar) və Çili (0,46 mln. dollar) olub.

Bu ixrac növünün 76,1%-i buğda qlüteni, 9,7%-i malt, 9,6%-i toz, lopa və kartof  qranulları, 3,6%-i nişasta, inulin, 0,9%-i - buğda unu, 0,1%-i isə digər yollarla işlənmiş dənli taxıl təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər