Azərbaycan Rusiyaya alma ixrac edən ölkələrin ilk beşliyində yer alıb

Azərbaycan Rusiyaya alma ixrac edən ölkələrin ilk beşliyində yer alıb
  • Clock-gray 13:35
  • calendar-gray 02 Aprel 2020

Azərbaycan 2007-2017-ci illər ərzində Rusiyaya ən iri alma ixracatçılarının ilk beşliyində yer alıb.

"APA-Economics" "Fruitnews"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiyanın Federal Gömrük Xidməti yayıb.

Məlumatda bildirilir ki, 2007-2017-ci illərdə Azərbaycanın ixracı əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Alma ixracının pik həddi 2008-ci ildə müşahidə olunub ki, məhz bu ildə Azərbaycanın xarici bazarlara 122,4 min ton alma ixrac edib.

2009-cu ildə 86 min tona qədər kəskin bir azalma oldu, sonrakı bir neçə il ərzində tədarük 38-60 min ton arası dəyişib. Lakin 2016-cı ildən etibarən Rusiyaya satışların artması ilə əlaqədar Azərbaycanın ixracatı artmağa başladı. Belə ki, 2015-ci ildə Azərbaycandan Rusiyaya 36,5 min ton, 2016-cı ildə isə 62 min ton alma ixrac olundu.

2017-ci ildə ümumi ixracın həcmi, demək olar ki, 2007-ci ilin səviyyəsinə (72,5 min ton) qayıdaraq 72,7 min ton təşkil edib, bunun da 66,8 min tonu Rusiyanın payına düşüb.

Dəyər baxımından analoji tendensiyaya uyğun olaraq ixrac həcmi dəyişirdi. Belə ki, 2007-ci ildə bu həcm 25,3 mln. ABŞ dolları, 2017-ci ildə isə 25,6 mln. dollar təşkil edib. İxrac qiyməti də, demək olar ki, dəyişməyib: 2017-ci ildə bir ton üçün 353 dollar təşkil edib.

Qeyd edək ki, 2007-2017-ci illər ərzində Rusiyaya alma ixrac edən əsas beş ölkə arasında Moldova, Serbiya, Çin, Azərbaycan və Belarus yer alıb.

Hüseyn Vəliyev

Digər xəbərlər