Azərbaycan bu il Gürcüstandan 1,6 mln. dollarlıq gübrə alıb

Azərbaycan bu il Gürcüstandan 1,6 mln. dollarlıq gübrə alıb
  • Clock-gray 09:34
  • calendar-gray 25 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana azotlu gübrə ixracını illik müqayisədə 12 025,5 ton və ya 86,5% artıraraq 25 932,5 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 1 587,8 min ABŞ dolları və ya 60% artaraq 4 233,9 min dollara çatıb.

Xatırladaq ki, 2019-cu ilin ilk beş ayında Gürcüstan Azərbaycana 2 646,1 min dollar dəyərində 13 901 ton azotlu gübrə ixrac edib.

Səid Babazadə

Digər xəbərlər