Azərbaycan bu il Gürcüstandan 41 ton şərab alıb

Azərbaycan bu il Gürcüstandan 41 ton şərab alıb
  • Clock-gray 11:41
  • calendar-gray 24 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artaraq 41 tona çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8%  və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb.

Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 99,6 min dollar dəyərində 26,9 ton şərab ixrac edib.

Səid Babazadə

Digər xəbərlər