Azərbaycan bu il nar istehsalını 15%-dək, ixracını isə 50%-dək artırmaq niyyətindədir

Azərbaycan bu il nar istehsalını 15%-dək, ixracını isə 50%-dək artırmaq niyyətindədir
  • Clock-gray 12:00
  • calendar-gray 28 Fevral 2020

Bu il ərzində Azərbaycanda nar istehsalının həcmidə 10-15%, ixracında isə təxminən 50%-dək artım gözlənilir.

Bunu "APA-Economics"ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ölkə üzrə nar istehsalının həcmi 175 min tona yaxın təşkil edib ki, bu da bir hektara düşən 7 ton məhsul deməkdir: "2018-ci illə müqayisə ötən il istehsalın həcmi 13% artıb. Qeyd edim ki, 2019-cu ildə dəyəri 19 min ABŞ dolları olan 17,5 min ton nar meyvəsi ixrac olunub. 2018-ci ildə isə bu rəqəm 9,3 min ton təşkil edib. Buradan əyani görünür ki, istehsal həcmindən asılı olaraq ixrac da iki dəfəyədək artıb", - deyə F. Qaraşov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date