Azərbaycan buğda idxalını 38% azaldıb

Azərbaycan buğda idxalını 38% azaldıb
  • Clock-gray 16:25
  • calendar-gray 16 İyun 2020

Bu ilin yanvar-may aylarında Azərbaycana 74 614,99 min ABŞ dolları dəyərində 341 835,27 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40%, həcmi isə 38% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-may aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,79% təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər