Azərbaycan buğda idxalını ötən ay kəskin azaldıb

Azərbaycan buğda idxalını ötən ay kəskin azaldıb
  • Clock-gray 17:00
  • calendar-gray 20 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycan 10 952,7 min ABŞ dolları dəyərində 49 951,8 ton buğda idxal edib ki, bu da dəyər baxımından ötən ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, miqdar baxımından isə bu ilin yanvarın ayında buğda idxalı 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə azalıb.

Cari ilin yanvarında buğdanın bir tonunun idxalı 219,3 manat orta qiymətlə həyata keçirilib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 4 manat çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər