Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
  • Clock-gray 12:04
  • calendar-gray 16 İyul 2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə dəyəri 328 037,68 min ABŞ dolları təşkil edən 327 236,92 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 3%, həcmi isə 0,7% artıb.

Qeyd edək ki, yanvar-iyunda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 162 316,10 min dollar dəyərində 148 832,54 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 17,6% və 15,1% çoxdur.

Cari ilin yanvar-iyun ayları ərzində 55 949,76 min dollar dəyərində (18,4% azalma) 9 125,03 ton (azalma 27,4%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 9 027,77 min dollar dəyərində 21 449,44 ton alma ixrac olunub ki, bu göstərici üzrə həcm olaraq 45,5%, dəyərində isə 44,5% azalma müşahidə olunub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər