Azərbaycan məhsullarının 5 ölkəyə ixracı ilə bağlı razılıq əldə olunub

Azərbaycan məhsullarının 5 ölkəyə ixracı ilə bağlı razılıq əldə olunub
  • Clock-gray 19:15
  • calendar-gray 24 Fevral 2020

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Gulfood 2020” beynəlxalq qida sərgisi çərçivəsində Azərbaycan məhsullarının 5 ölkəyə ixracı ilə bağlı razılıq əldə olunub. 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

Qeyd edək ki, “Gulfood 2020” beynəlxalq qida sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 20 Azərbaycan şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date