Azərbaycan relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi kombaynlar alacaq

Azərbaycan relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi kombaynlar alacaq
  • Clock-gray 15:51
  • calendar-gray 07 May 2020

Azərbaycanda dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb.

APA-nın Qarabağ üzrə bürosunun xəbərinə görə, bunu Bərdədə səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, bu il taxıl biçini mövsümündə respublika üzrə biçinə 1 700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728-i “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Bu il əlavə olaraq 125 ədəd taxılbiçən kombaynın alınması da nəzərdə tutulur: “Prezident İlham Əliyevin tapşırığına əsasən dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb”.

Habil Aslanoğlu

Digər xəbərlər

Arxiv

date