Azərbaycan şəkər ixracını 13%-dək azaldıb

Azərbaycan şəkər ixracını 13%-dək azaldıb
  • Clock-gray 11:37
  • calendar-gray 17 İyun 2020

Bu ilin yanvar-may aylarında Azərbaycan 14 637,70 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin ilk beş ayında 5 990,49 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,2% azdır.

Cari ilin yanvar-may aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,83%-ə bərabər olub.

Hüseyn Vəliyev

Digər xəbərlər