Azərbaycan təbii balın ixrac və idxalını kəskin azaldıb

Azərbaycan təbii balın ixrac və idxalını kəskin azaldıb
  • Clock-gray 12:12
  • calendar-gray 20 May 2020

Azərbaycan bu ilin yanvar-mart ayları ərzində 3,77 min ABŞ dolları dəyərində 130 kq təbii bal ixrac edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bal ixracı dəyər ifadəsində 27,8%, miqdar baxımından isə 2 dəfədən çox azalıb.

Bu müddətdə ölkəyə 19,69 min dollar dəyərində 3,12 ton eyniadlı məhsul idxal olunub. İdxal dəyər ifadəsində 6,6 dəfə, miqdar baxımından isə 9,5 dəfə azalma qeydə alınıb.

Təbii balın 2,17 min dolları (270 kq) Almaniyadan, 1,53 min dolları(520 kq) Belçikadan , 10,49 min dolları(1,98 ton) Danimarkadan, 4,13 min dolları(310 kq) İtaliyadan, 0,14 min dolları(10 kq) Lüksemburqdan, 0,04 min dolları(10 kq) Türkiyədən, 1,2 min dolları(30 kq) Yunanıstandan idxal olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında təbii balın ixrac ixrac edildiyi ölkələr üzrə bölgüsü mövcud deyil.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ölkəyə 129,68 min dollar dəyərində 29,58 ton təbii bal idxal olunub. 2019-cu ilin birinci rübündə Azərbaycandan 5,22 min dollar dəyərində 280 kq təbii bal ixrac olunub.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date