Azərbaycan tütün idxal və ixracını yanvarda kəskin azaldıb

Azərbaycan tütün idxal və ixracını yanvarda kəskin azaldıb
  • Clock-gray 17:30
  • calendar-gray 19 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycan 781,4 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,5 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında ölkə 4 855,5 min dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə azdır. Ümumi ticarət həcmləri isə 2,2 dəfə azalıb və 5 636,9 min dollara enib.

Yanvarda sözügedən malların ticarət mübadiləsinin mənfi saldosu 4 074,1 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date