Azərbaycanda çay idxalı ixracı 9 dəfəyə yaxın üstələyib

Azərbaycanda çay idxalı ixracı 9 dəfəyə yaxın üstələyib
  • Clock-gray 15:53
  • calendar-gray 17 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 4 145,14 ABŞ dolları olan 623,46 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk beş ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 12,3%, həcmi isə 7,4% artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,57%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 20 283,53 min dollar təşkil edən 5 400,33 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, 5,2%, dəyəri isə 3,8% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,49% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk beş ayında Azərbaycanda çay idxalı ixracı 8,7 dəfə üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər