Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
  • Clock-gray 15:38
  • calendar-gray 06 Avqust 2020

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində yeni layihəyə başlayıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.

Seçilən 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunan məhsulların bazara çıxışı təşkil olunacaq. İstehsal edilən məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacaq.

Yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına müsbət təsir göstərək. Layihə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək. 

 

Hüseyn Vəliyev

Digər xəbərlər