Dövlət Aqrar İnkişaf Mərkəzlərinin respublika müşavirəsi keçirilib

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin respublika müşavirəsi keçirilib
  • Clock-gray 17:55
  • calendar-gray 28 Fevral 2020

Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) respublika müşavirəsi keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müşavirədə taxılçılıq, pambıqçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük  sahələri və şəkər çuğunduru istehsalı, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, yeni subsidiya qaydaları ilə bağlı görülən işlər ətrafında müzakirə aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət Proqramlarının icrası, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarının fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Müşavirədə çıxış edən nazir İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətlərində qarşıda duran əsas vəzifələrə toxunub. Yerli qurumların əsas vəzifəsinin daim fermerlərə yüksək səviyyədə xidmət göstərmək olduğunu deyən nazir bildirib ki, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyəti gücləndirmək vacibdir. Bu ilin “Könüllülər ili” elan olunduğunu xatırladan İ. Kərimov DAİM-ləri Aqrar İnkişaf Könüllüləri ilə aktiv işləməyə və onlara davamlı dəstək göstərməyə çağırıb.

 

Nazir DAİM-lərin Respublika Müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date