Dünya Bankı bu il Azərbaycanda kənd təsərrüfatının 5,5% artacağını proqnozlaşdırır

Dünya Bankı bu il Azərbaycanda kənd təsərrüfatının 5,5% artacağını  proqnozlaşdırır
  • Clock-gray 13:57
  • calendar-gray 09 Aprel 2020

Dünya Bankının yeni proqnozuna əsasən,  Azərbaycanda bu il kənd təsərrüfatı sektoru 5,5% artacaq.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, 2021-ci və 2022-ci illərdə artım bu sektorda dəyişməz olaraq 5,4% səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda kənd təsərrüfatı sektoru 7,2% artıb və 7 836,7 mln. manatlıq məhsul istehsal edilib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər