Gürcüstan Azərbaycana tütün məmulatlarının ixracını kəskin azaldıb

Gürcüstan Azərbaycana tütün məmulatlarının ixracını kəskin azaldıb
  • Clock-gray 13:11
  • calendar-gray 19 May 2020

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana tütün məmulatları ixracı  illik müqayisədə 534,4 ton və ya 2,7 dəfə azalaraq 201,2 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi tütün məmulatlarının ümumi dəyəri illik müqayisədə 9 963,5 min ABŞ dolları və ya 2,9 dəfə azalaraq 5 132,2 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 15 095.7 min dollar dəyərində 735,6 ton tütün məmulatları ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date