Gürcüstan Azərbaycana tütün məmulatlarının ixracını kəskin azaldıb

Gürcüstan Azərbaycana tütün məmulatlarının ixracını kəskin azaldıb
  • Clock-gray 10:47
  • calendar-gray 24 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana tütün məmulatlarının təkrar ixracı illik müqayisədə 612,5 ton və ya 3,7 dəfə azalaraq 228,5 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulun dəyəri isə illik müqayisədə 11 854 min ABŞ dolları və ya 3 dəfə azalaraq 5 905,9 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may ayları ərzində isə Gürcüstan Azərbaycana 17 759,9 min dollar dəyərində 228,5 ton tütün məmulatları ixrac edib.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7 502,48 min dollar və ya 18,8% azalaraq 32 442,76 min dollar təşkil edib.

Hesabat dövründə ölkədə 2 342,1 mln. ədəd papiros və siqaret istehsal olunub ki, bu da ötən ilin ilk beş ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Səid Babazadə

Digər xəbərlər